Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 19:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

13 Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

13 Гоншуну истисмар етмә, ону сојма; муэдлу ишчинин эәһмәт һаггыны ахшамдан сәһәрәҹән өэүндә сахлама.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 19:13
29 Çarpaz İstinadlar  

Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək.


Pulunu vermədən məhsulu yemişəmsə, Buranın sakinlərinin ürəyini qırmışamsa,


Kölgəyə həsrət qalan kölə kimidir, Muzdunu gözləyən fəhlə kimidir,


Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin.


Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzdla tutulubsa, zərər muzd haqqına daxil edilir.


Qərib adama nə haqsızlıq, nə də zülm edin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz.


Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin.


Aldadıcı ölçü, aldadıcı çəki – Hər ikisi Rəbdə ikrah yaradar.


Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.


İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».


Vay o adamın halına ki, Sarayını haqsızlıqla, Yuxarı otaqlarını ədalətsizliklə tikir, Öz soydaşını müftə işlədir, Ona muzdunu vermir.


Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.


Kimsəyə haqsızlıq etmirsə, Borclunun girovunu qaytarırsa, Soyğunçuluq etmirsə, Ac olana çörək verirsə, Çılpaq olanı geyindirirsə,


Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd Rəbb belə bəyan edir.


Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir.


Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin.


Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Allahınız Rəbb Mənəm.


itmiş bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların edə biləcəyi bu günahlardan birini edərsə,


Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara –Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.


Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.


Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”».


Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın».


heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq.


Çünki Müqəddəs Yazıda belə deyilir: «Xırman çəkən öküzün ağzını bağlama» və «işçi öz haqqına layiqdir».


Bax zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb!


Bizi izlə:

Reklamlar


Reklamlar