Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 19:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Үэүм бағында да тәнәкләри бүсбүтүн тәмиэләјиб јерә дүшән салхымлары јығмајын. Галан мәһсул касыблара вә гәрибләрә галсын. Аллаһыныэ Рәбб Мәнәм.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 19:10
16 Çarpaz İstinadlar  

Zeytun ağacı silkələnəndən sonra Təpəsində iki-üç zeytun qaldığı kimi, Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi Çox az adam sağ qalacaq. Bunu İsrailin Allahı Rəbb bəyan edir.


Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, Dünyadakı xalqlar da elə olacaq.


Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlamazdılarmı?


Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm; özünüzü yerdə sürünən heç bir qaynaşan heyvanla murdar etməyin.


Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.


Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm.


Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın.


Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».


Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq; qulunuz, qarabaşınız, muzdlu işçiniz, aranızda yaşayan gəlmənin,


«Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir!


Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.


Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək.


Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.


Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalanı başaq etmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.


Gideon onlara dedi: «Axı sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? Efrayimin üzüm başaqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi?


Bir gün Moavlı Rut Naomiyə dedi: «İzin ver, zəmilərə gedim. Kimin gözündə lütf tapsam, onun ardınca düşüb başaq yığaram». Naomi ona «get, qızım» dedi.


Bizi izlə:

Reklamlar


Reklamlar