Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 13:40 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

40 Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

40 Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

40 Башынын тәпәсиндә сачы төкүлмүш киши даэдыр. О пак сајылсын.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 13:40
10 Çarpaz İstinadlar  

Elişa oradan Bet-Elə qalxdı. O, yola düşəndə kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: «Rədd ol, keçəl, rədd ol, keçəl!»


Başı sanki saf qızıldır, Qıvrım saçı qara qarğa tək qaradır.


Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı.


qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın.


Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın.


Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”.


Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.


Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin.


Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir.


Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim.


Bizi izlə:

Reklamlar


Reklamlar