Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




LEVİLİLƏR 10:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

12 Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

12 Муса Һаруна вә сағ галан оғуллары Елеаэарла Итамара деди: «Рәбб үчүн верилән јандырма тәгдимләриндән галан тахыл тәгдимини ҝөтүрүн вә мајасыэ чөрәк бишириб гурбанҝаһын јанында јејин, чүнки бу ән мүгәддәсдир.

Fəsildə baxın Kopyalayın




LEVİLİLƏR 10:12
14 Çarpaz İstinadlar  

Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi.


Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı.


Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla.


Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir.


Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu.


Kahinlər taxıl təqdimlərini, günah və təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınkı olsun.


Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür.


Belə adam Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər.


Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları üçün əbədi paydır».


Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun.


Harun oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar.


Bizi izlə:

Reklamlar


Reklamlar