Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




KOLOSSELİLƏRƏ 2:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün.

Fəsildə baxın Kopyalayın

ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Буна ҝөрә Рәбб Мәсиһ Исаны гәбул етдијиниэ кими Онда һәјат сүрүн.

Fəsildə baxın Kopyalayın




KOLOSSELİLƏRƏ 2:6
22 Çarpaz İstinadlar  

Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.


Çox millətlər gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq.


Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər.


Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».


İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.


Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.


Gözlə görünənə deyil, imana görə həyat sürürük.


Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.


Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.


Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz.


Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz


Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz,


Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.


Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin.


Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.


Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir.


Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.


Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim.


Bizi izlə:

Reklamlar


Reklamlar