Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HUŞƏ 5:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

13 Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

13 Ефрајим хәстәлијини, Јәһуда јарасыны ҝөрдү. Ефрајим Ашшура ҝетди, Бөјүк падшаһдан көмәк истәди, Амма о сиэә шәфа вермәэ, Јараныэы сағалтмаэ.

Fəsildə baxın Kopyalayın




HUŞƏ 5:13
16 Çarpaz İstinadlar  

Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.


İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.


Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar».


O vaxt bu adam uca səslə söyləyəcək: «Mən yaralarınızı sarımağı bacarmaram, Çünki evimdə nə yemək, nə də paltar var, Məni xalqın başçısı qoymayın».


Çünki Rəbb belə deyir: “Sənin yaran şəfa tapmaz, Xoran sağalmaz.


Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu.


Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq.


Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir.


Aşşur bizi xilas etməyəcək, Atların belinə minməyəcəyik, Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək».


Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”.


Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər.


Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu.


Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb.


Bizi izlə:

Reklamlar


Reklamlar