Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HUŞƏ 2:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Гардашларыныэы “халгым”, баҹыларыныэы исә “мәрһәмәт тапмыш” дејә чағырын.

Fəsildə baxın Kopyalayın




HUŞƏ 2:1
17 Çarpaz İstinadlar  

Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq.


«O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir.


Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı olacağam.


Ancaq İsrailin Müqəddəsinə qarşı Ölkələri təqsirlə dolduğu halda Özlərinin Allahı Ordular Rəbbi İsrail və Yəhuda xalqlarını tərk etmədi.


qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.


Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm.


O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam.


Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq.


Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın.


Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə Mərhəmət edəcəyəm. “Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm. O isə Mənə “Allahımsan” deyəcək».


«Qalan üçdə birini oda salacağam, Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar Mənim adımı çağıracaq, Mən də onlara cavab verib “Bunlar Mənim xalqımdır” deyəcəyəm, Onlar da “Rəbb Allahımızdır” deyəcək.


Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduğumuz üçün ümidimizi itirmirik.


Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim.


Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız.


Bizi izlə:

Reklamlar


Reklamlar