Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HUŞƏ 14:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, Ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, Sənin bar verməyin Məndən gələcək.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Ефрајим дејәҹәк: “Артыг бүтләр нәјимә ҝәрәкдир?” Мән онун сәсини ешидәҹәјәм, Она нәэәр салаҹағам. Мән һәмишәјашыл шам кимијәм, Сәнин бар вермәјин Мәндән ҝәләҹәк.

Fəsildə baxın Kopyalayın




HUŞƏ 14:8
23 Çarpaz İstinadlar  

Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi.


Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”.


Səhrada sidr, əbrişim, mərsin və zeytun əkəcəyəm. Quru torpaqda şam, çinar və sərv ağacını bir sırada salacağam.


Tikanlı kol əvəzinə şam ağacı, Qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, Pozulmaz əbədi əlamət olacaq».


Livanın şan-şöhrəti olan şam ağacı, çinar və sərv ağacları Müqəddəs məkanımdakı yeri gözəlləşdirmək üçün Birgə yanına gətiriləcək, Qədəm qoyduğum yeri şərəfləndirəcəyəm.


Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, Möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, Budaqlarının kölgəsində yuva quracaq.


Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.


O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.


Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.


Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür.


Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.


Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.


Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.


hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.


Bizi izlə:

Reklamlar


Reklamlar