Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HUŞƏ 11:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Şəhərlərinin içində qılınc fırlanacaq, Onların qapı sürgülərini qıracaq. Fitnələri üzündən onları yeyib-qurtaracaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Шәһәрләринин ичиндә гылынҹ фырланаҹаг, Онларын гапы сүрҝүләрини гыраҹаг. Фитнәләри үэүндән онлары јејиб-гуртараҹаг.

Fəsildə baxın Kopyalayın




HUŞƏ 11:6
25 Çarpaz İstinadlar  

Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl Üzümlər qora bağlayanda O, bağ qayçıları ilə pöhrələri kəsəcək, Şaxələnmiş budaqları qırıb atacaq.


İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq.


Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına, Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar, Ruhuma uyğun olmayan razılaşma edirlər, Eləcə günahı günaha qatırlar.


Buna görə Rəbb İsraildən başı, quyruğu, Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq.


Onlar sənin məhsul və çörəyini yeyəcək. Oğul və qızlarını yeyəcək, Sürü və naxırlarını yeyəcək, Meynə və əncir ağaclarını yeyəcək. Güvəndiyin qalalı şəhərləri Qılıncla dağıdacaq».


Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin! Babildə yaşayanlara, Babil başçılarına, Müdriklərinə qarşı qılınc gəlsin!


Onun darvazalarını yerə batırdı, Cəftələrini qırıb atdı, Padşahlarını, başçılarını Yad millətlərin arasına saldı, Qanuna əməl edilmir, Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.


Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd Rəbb belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan şimala qədər bütün üzlər odda qovrulacaq.


Xalqınızın içində müharibə gurultusu qopacaq, Bütün qalalarınız dağılacaq, Necə ki Şalman müharibə günündə Bet-Arbeli dağıtdı, Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.


Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq.


Samariya günahının cəzasını çəkəcək, Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq, Hamilə qadınlarının qarnı yarılacaq».


Bəli, İsrail inadkar bir düyə kimi inad etdi. İndi Rəbb onları Otlaqda quzu otaran kimi necə otarsın?


Efrayim bütlərindən yapışdı, Burax onu!


Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz.


şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm.


Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək.


Xudavənd Rəbb Öz haqqına and içir, Ordular Allahı Rəbb bəyan edir: “Yaqub nəslinin qüruruna nifrət edirəm, Qalalarından zəhləm gedir. İçində olanlarla birlikdə Paytaxtlarını təslim edəcəyəm”.


Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm, Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.


Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.


Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar.


Gənc oğlanı və qızı, Südəmər körpəni, ağsaçlı insanı Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək.


Bizi izlə:

Reklamlar


Reklamlar