Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HUŞƏ 11:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Efrayim yalanla, İsrail nəsli hiylə ilə Ətrafımı bürüdü. Amma Yəhuda hələ də Allahla birgə gedir, Müqəddəs Olana sadiqdir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

12 Efrayim yalanla, İsrail nəsli hiylə ilə Ətrafımı bürüdü. Amma Yəhuda hələ də Allahla birgə gedir, Müqəddəs Olana sadiqdir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

12 Ефрајим јаланла, Исраил нәсли һијлә илә Әтрафымы бүрүдү. Амма Јәһуда һәлә дә Аллаһла бирҝә ҝедир, Мүгәддәс Олана садигдир.

Fəsildə baxın Kopyalayın




HUŞƏ 11:12
20 Çarpaz İstinadlar  

Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır.


O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».


Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar.


Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb Dilləri və dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Onların Mənə səcdə etmələri İnsanlardan öyrəndikləri əmrlərdən gəlir.


Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?»


Amma siz pislik əkib, Qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, Çoxlu cəngavərlərinizə güvəndiniz.


Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir.


Efrayim tacirdir, Əlindəki aldadıcı tərəzi ilə Aldatmağı sevir.


Ey İsrail, sən xəyanət etsən də, Heç olmasa Yəhuda təqsirkar olmasın. Qilqala getməyin, Bet-Avenə çıxmayın. “Var olan Rəbbin haqqı üçün” Deyib and içməyin.


Lənət, yalan, qətl, oğurluq və zina Hər yerə yayılıb. Qoluzorluluq edərək Qan üstünə qan tökürlər.


Onlar üz tutur, Ancaq ucalara tərəf yox. Hədəfi əyri vuran kamana bənzəyirlər. Dillərinin arsızlığı üzündən Başçıları qılınca tuş gələcək. Buna görə də Misirdə Kinayə hədəfi olacaqlar.


Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər.


Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır.


Dünyanı müqəddəslərin mühakimə edəcəyini bilmirsinizmi? Madam ki dünyanı mühakimə edəcəksiniz, belə xırda işləri mühakimə etməyə ixtiyarınız çatmırmı?


bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.


Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam.


Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək».


Bizi izlə:

Reklamlar


Reklamlar