Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HUŞƏ 10:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Бүт өэү Ашшура – бөјүк падшаһа Һәдијјә апарылаҹаг. Ефрајим биабыр олаҹаг, Исраил алдығы мәсләһәтдән утанаҹаг.

Fəsildə baxın Kopyalayın




HUŞƏ 10:6
22 Çarpaz İstinadlar  

Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi.


Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq.


Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.


Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək.


Büt düzəldənlərin hamısı utandırılacaq, Rüsvay olacaq, xəcalət çəkib uzaqlaşacaq.


İsrail xalqı güvəndiyi Bet-Eldən necə utandısa, Moav da allahı Kemoşdan eləcə utanacaq.


Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər.


Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.


O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz.


Hətta onların allahlarını, tökmə bütlərini qiymətli qızıl və gümüş qabları ilə birlikdə Misirə çəkib aparacaq. Bir neçə il ərzində şimal padşahını rahat buraxacaq.


Külək onları qanadları ilə sarıyacaq, Qurbanlarından ötrü utanacaqlar.


Kahinlər nə qədər çoxaldısa, Mənə qarşı o qədər çox günah etdi. Onların izzətini rüsvayçılığa çevirəcəyəm.


Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.


Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq.


Axı padşah Omrinin qaydalarına riayət etmisiniz, Axav sülaləsinin adətlərinə uymusunuz, Onların məsləhətinə görə getmisiniz, Buna görə də sizi viranəliyə döndərəcəyəm, Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm, Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz».


Bizi izlə:

Reklamlar


Reklamlar