Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 9:54 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

54 Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

54 Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

54 Авимелек теэ силаһ дашыјан ҝәнҹ нөкәрини чағырыб деди: «Чәк гылынҹыны, мәни өлдүр. Гој мәним үчүн демәсинләр ки, ону бир арвад өлдүрдү». Нөкәр гылынҹы илә ону вуранда Авимелек өлдү.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 9:54
17 Çarpaz İstinadlar  

Elə buna görə də mən onun üstünə əyilib nəfəsini kəsdim. Çünki bilirdim ki, o yıxılandan sonra artıq yaşaya bilməyəcək. Sonra onun başının tacını və qolunun bilərziyini götürdüm və buraya, ağam üçün gətirdim».


Şaul geriyə baxanda məni görüb çağırdı. Mən dedim: “Buyurun, buradayam”.


Şaul mənə dedi: “Gəl əyil üzərimə, məni öldür, can üstəyəm, bu ağrılardan qurtarmaq istəyirəm”.


Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,


Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı.


Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü.


Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,


Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi.


İsraillilər görəndə ki Avimelek ölüb, hamısı öz yerinə qayıtdı.


Əsgərlər Yonatana və onun silahdarına dedilər: «Yanımıza çıxın, sizin dərsinizi verək». Yonatan silahdarına dedi: «Ardımca gəl, çünki Rəbb onları İsrailə təslim etdi».


Yonatan, onun ardınca silahdarı əl və ayaqları ilə yuxarı dırmaşdılar, Yonatan Filiştliləri vurub yıxır, arxadan silahdarı onları öldürürdü.


Bu ilk döyüşdə yarım sahə torpaqda Yonatanla silahdarı iyirmi nəfərə qədər adamı qırdı.


Şaul yanında olan xalqa dedi: «İndi sayın, görün bizdən kim yoxdur». Saydıqları zaman Yonatanla silahdarı olmadı.


Silahdarı ona dedi: «Ürəyin necə istəyirsə, elə də et. Get bax, mən səninləyəm, çünki ürəyimizin istəyi birdir».


Davud Şaulun yanına gəldi və onun qulluğunda durdu. Davud Şaulun çox xoşuna gəldi və onu öz silahdarı etdi.


O gün Şaul üç oğlu, silahdarı və bütün adamları ilə birlikdə belə həlak oldu.


Bizi izlə:

Reklamlar


Reklamlar