Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 9:28 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

28 Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik?

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

28 Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik?

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

28 Евед оғлу Гаал деди: «Авимелек кимдир ки, биэ Шекем сакинләри она хидмәт едәк? Јеруб-Баалын оғлу дејилми? Онун мүавини дә Эевул дејилми? Ҝәлин Шекемин атасы Хаморун адамларына хидмәт един! Ахы нәјә ҝөрә биэ Авимелекә хидмәт етмәлијик?

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 9:28
8 Çarpaz İstinadlar  

O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı.


O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı.


Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi.


Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur. Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, hərə öz çadırına!»


Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördülər. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» İsraillilər evlərinə getdilər.


Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi.


Avimelek Arumada yaşadı. Zevul isə Qaal ilə qardaşlarını Şekemdə yaşamağa qoymayıb qovdu.


Naval isə Davudun nökərlərinə belə cavab verdi: «Davud kimdir? Yessey oğlu kimdir? İndilərdə ağasından qaçan çox qullar var.


Bizi izlə:

Reklamlar


Reklamlar