Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 8:33 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

33 Gideonun vəfatından sonra İsrail övladları yenə də Baal bütlərinə sitayiş edərək Rəbbə xəyanət etdilər. Onlar Baal-Beriti özlərinə allah etdilər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

33 Gideonun vəfatından sonra İsrail övladları yenə də Baal bütlərinə sitayiş edərək Rəbbə xəyanət etdilər. Onlar Baal-Beriti özlərinə allah etdilər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

33 Ҝидеонун вәфатындан сонра Исраил өвладлары јенә дә Баал бүтләринә ситајиш едәрәк Рәббә хәјанәт етдиләр. Онлар Баал-Берити өэләринә аллаһ етдиләр.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 8:33
17 Çarpaz İstinadlar  

Kahin Yehoyada Yoaşı öyrətdiyi dövr ərzində Rəbbin gözündə doğru olan işlər etdi.


Ataları necə Baal bütünə görə adımı unutdularsa, onlar da zənn edir ki, bir-birlərinə danışdıqları yuxularla xalqıma adımı unutduracaq.


Heç əhəmiyyət vermədən zinakarlığı ilə ölkəni murdar etdi, daşlara və ağaclara səcdə edib xəyanət etdi.


Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan, Rəbbin İsrail üçün etdiyi bütün işləri bilən ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi.


İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər.


Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər.


Lakin onlar hakimlərə də qulaq asmadılar. Başqa allahlara sitayiş etməklə Rəbbə xəyanət etdilər. Rəbbin əmrlərinə itaət edən atalarına bənzəmədilər və tezliklə ata-babaları gedən yoldan azdılar.


Hər hansı hakim öləndən sonra xalq yenə başqa allahlara sitayiş etməklə, onlara qulluq edib səcdə etməklə atalarından daha betər olurdu. Onlar bu əməllərindən, bu inadkarlıqlarından əl çəkmədi.


Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər.


Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu.


Yoaş oğlu Gideon uzun və yaxşı ömür sürüb öldü. O, Aviezerlilərin Orfa şəhərində atası Yoaşın məqbərəsində dəfn olundu.


Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular.


Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər.


Şekemin qülləsindəki adamlar bunu eşidəndə El-Berit məbədinin qalasına girdilər.


Bizi izlə:

Reklamlar


Reklamlar