Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 7:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 О ҝеҹә Рәбб она деди: «Галх, Мидјан ордуҝаһына ен, чүнки онлары сәнә тәслим едирәм.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 7:9
23 Çarpaz İstinadlar  

Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”».


Gecə röyalardan doğan düşüncələr içində olanda, İnsanların dərin yuxuya getdiyi zamanda


Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır.


Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır».


Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi:


Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək».


Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan».


Onlar Yeşuaya dedilər: «Həqiqətən, Rəbb bütün o torpağı bizə təslim edib, o torpağın bütün sakinləri də qarşımızda qorxu içində əsir».


Harun oğlu Eleazar oğlu Pinxas o dövrdə sandığın önündə dururdu. Onlar Rəbbə dedilər: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Rəbb dedi: «Çıxın, çünki sabah onları sizə təslim edəcəyəm».


Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu.


Ehud İsraillilərə dedi: «Ardımca gəlin, çünki Rəbb düşmənimiz olan Moavlıları sizə təslim etdi». İsrail övladları da Ehudun ardınca enib Moavlılara qarşı bütün İordan çayının keçidlərini bağladılar ki, heç kim keçə bilməsin.


Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en.


Bu üç yüz adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gideon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və üç yüz nəfəri yanında saxladı. Midyan ordugahı Gideonun olduğu yerin aşağısındakı vadidə idi.


Yonatan dedi: «Gəl bu adamlara tərəf gedib özümüzü onlara göstərək.


Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm».


Bizi izlə:

Reklamlar


Reklamlar