Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 7:21 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

21 Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

21 Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

21 Ордуҝаһын әтрафында һамы өэ јериндә дајанды вә бүтүн Мидјан ордусуна вурнухма дүшдү. Онлар бағыра-бағыра гачдылар.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 7:21
12 Çarpaz İstinadlar  

Onlardan hər biri qarşısında duranı vurdu. Aramlılar qaçdılar və İsraillilər onları təqib etdilər. Aram padşahı Ben-Hadad at üstündə süvariləri ilə birgə qaçıb qurtardı.


O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır.


Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”».


O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür».


Şər insan onu qovan yox ikən qaçar, Saleh aslan kimi mərd dayanar.


Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz.


Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə «Tənbəl Rahav» adını qoydum.


şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular.


Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar.


Bizi izlə:

Reklamlar


Reklamlar