Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 6:34 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

34 Gideonun üzərinə Rəbbin ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

34 Gideonun üzərinə Rəbbin ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

34 Ҝидеонун үэәринә Рәббин руһу енди вә о, шејпур чалыб Авиеэерлиләри өэ јанына јығды.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 6:34
20 Çarpaz İstinadlar  

Ruh «otuz igid» in başçısı Amasayın üzərinə endi və o dedi: «Ey Davud, biz səninləyik, Ey Yessey oğlu, biz sənin tərəfindəyik. Sülh, sülh olsun sənə və sənə kömək edənə, Çünki Allahın sənə kömək edir». Davud onları götürüb dəstə başçıları təyin etdi.


Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.


Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhu gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi».


İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın.


Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.


Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.


Menaşşenin o biri oğulları – Aviezerin, Xeleqin, Asrielin, Şekemin, Xeferin və Şemidanın oğulları üçün də nəsillərinə görə püşk düşdü. Bunlar nəsillərinə görə Yusif oğlu Menaşşenin kişi nəsli idi.


Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı.


Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı.


Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü.


Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu.


O, İsrailə çatan kimi Efrayimin dağlıq bölgəsində şeypur çaldı və İsrail övladları onunla birgə dağlıq yerdən aşağı düşdülər. Ehud onların qabağında gedirdi.


Rəbbin mələyi gəlib Aviezerli Yoaşın Ofra şəhərindəki palıd ağacının altında durdu. Yoaş oğlu Gideon üzüm sıxılan yerdə Midyanlılardan gizlətdiyi taxılı döyürdü.


Gideon onlara dedi: «Axı sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? Efrayimin üzüm başaqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi?


Onda Rəbbin Ruhu üzərinə qüvvə ilə enəcək və sən də onlarla birgə peyğəmbərlik edəcəksən və dönüb tamam başqa bir adam olacaqsan.


Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı.


Yonatan Gevadakı Filiştlilərin keşik dəstəsinin əsgərlərini qırdı və bunu bütün Filiştlilər eşitdilər. Şaul isə İbranilər eşitsinlər deyə bütün ölkədə şeypur çaldırdı.


Rəbbin Ruhu Şauldan ayrılandan sonra Rəbbin izni ilə şər bir ruh ona əzab verirdi.


Bizi izlə:

Reklamlar


Reklamlar