Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 6:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Исраиллиләр әкин әкәндә Мидјанлылар, Амалеглиләр вә шәрг халглары ҝәлиб Исраилә һүҹум едирди.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 6:3
25 Çarpaz İstinadlar  

Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.


Yaqub yoluna davam edərək şərq xalqlarının torpağına getdi.


İsrail övladları da toplaşdılar, azuqə hazırladılar və onların qarşısına getdilər. İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular.


Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.


Xiram Süleymana istədiyi qədər sidr və şam ağacları verirdi.


O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.


Əkdiyimi yadlar yesin, Qoy əkinim kökündən çıxarılsın.


Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər.


Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq.


Rəbb sağ əlini, güclü qolunu Qaldırıb and içdi: «Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm, Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.


Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir: «Qalxın Qedara hücum edin, Şərq xalqını məhv edin.


Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz.


Buna görə də Mən icazə verəcəyəm ki, şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar torpağınızda yurd salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar içəcək.


Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək.


Siz əkəcəksiniz, amma biçməyəcəksiniz, Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz, Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz.


Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq.


Sidonlular, Amaleqlilər, Maonlular sizi sıxışdıranda da Mənə fəryad etdiniz və sizi onların əlindən qurtaran Mən deyildimmi?


Moav padşahı Eqlon Ammon və Amaleq övladlarını öz yanına toplayaraq İsrailliləri məğlub edib Xurma şəhərini aldı.


Midyanlıların güclü əli İsraillilərin əleyhinə qalxdı və Midyanlıların üzündən İsrail övladları özləri üçün dağlarda sığınacaq yerləri, mağaralar və qalalar qurdular.


Bu vaxt bütün Midyanlılar, Amaleqlilər və şərq xalqları bir yerə yığılaraq İordan çayını keçib İzreel vadisində ordugah qurdular.


İsraildə ordugah quraraq Qəzzəyə çatana qədər torpağın məhsullarını məhv edirdilər. İstər qoyun, istər öküz, istərsə də eşşək olsun, İsraillilərə dolanmaq üçün heç nə qoymazdılar.


Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi.


Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi.


Bizi izlə:

Reklamlar


Reklamlar