Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 6:24 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

24 Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

24 Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

24 Ҝидеон орада Рәббә бир гурбанҝаһ дүэәлтди вә онун адыны Јаһве-Шалом гојду. Бу гурбанҝаһ бу ҝүнә гәдәр Авиеэерлиләрин Офра шәһәриндәдир.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 6:24
20 Çarpaz İstinadlar  

Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.


Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbə sitayiş etdi.


İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».


Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail qoydu.


Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. Rəbb ölkə üçün edilən duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı.


İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi.


Yosadaq oğlu Yeşua ilə kahin qardaşları və Şealtiel oğlu Zerubbabillə qardaşları İsrailin Allahının qurbangahını qurdular ki, Allah adamı Musanın Qanununda yazıldığı kimi üstündə yandırma qurbanları təqdim edilsin.


Musa bir qurbangah düzəldərək adını Yahve-Nissi qoyub


«Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar».


O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”.


Şəhərin dairəsi on səkkiz min qulac olacaq və o gündən sonra şəhər Yahve-Şamma adlanacaq».


Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli;


Onlar Kənan torpağında olan İordan çayının yanındakı Gelilota çatdılar. Orada – İordan çayının yanında Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı bir qurbangah – möhtəşəm görünüşlü qurbangah qurdular.


Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi.


Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən».


Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu.


Yoaş oğlu Gideon uzun və yaxşı ömür sürüb öldü. O, Aviezerlilərin Orfa şəhərində atası Yoaşın məqbərəsində dəfn olundu.


Şaul Rəbbə bir qurbangah düzəltdi. Bu onun Rəbb üçün qurduğu ilk qurbangah idi.


Sonra isə Ramaya qayıdardı, çünki evi orada idi. Oradan da İsrailə hakimlik edirdi. O həmin yerdə Rəbbə bir qurbangah tikdi.


Bizi izlə:

Reklamlar


Reklamlar