Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 6:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Ҝидеон она деди: «Еј Худавәнд, Исраили мән неҹә гуртарым? Мәним нәслим Менашше гәбиләсиндә ән эәиф нәсилдир, мән дә атамын евиндә ән кичијәм».

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 6:15
13 Çarpaz İstinadlar  

Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var.


Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?»


Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam».


Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam».


Buna görə də Rəbbin Babilə qarşı fikrini, Xaldey ölkəsinə qarşı məqsədini eşidin: «Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə otlaqlar səhraya çevriləcək.


Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir».


Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm».


Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm.


Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım


Rəbbin mələyi gəlib Aviezerli Yoaşın Ofra şəhərindəki palıd ağacının altında durdu. Yoaş oğlu Gideon üzüm sıxılan yerdə Midyanlılardan gizlətdiyi taxılı döyürdü.


Şaulun əyanları bu sözləri Davuda eşitdirəndə o belə dedi: «Kasıb və gərəksiz adam olan mən padşahamı kürəkən olum? Məgər bu sizin gözünüzdə kiçik işdirmi?»


Şaul cavab verdi: «Mən İsrail qəbilələrinin ən kiçiyi olan Binyamindən deyiləmmi? Nəslim isə Binyamin qəbiləsinin nəsillərinin ən kiçiyi deyilmi? Axı nə üçün mənə belə söz söyləyirsiniz?»


Bizi izlə:

Reklamlar


Reklamlar