Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 5:2 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

2 Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

2 Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

2 Башчылар Исраилдә рәһбәрлик едәндә, Халг өэүнү көнүллү тәгдим едәндә Рәббә алгыш един!

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 5:2
23 Çarpaz İstinadlar  

onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü;


Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.


Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm.


Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır.


Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir.


Ey millətlər, Onun xalqı ilə birg sevinin! Çünki O, qullarının qan qisasını alacaq, Düşmənlərindən əvəz çıxacaq, Ölkəsi və xalqı üçün kəffarə edəcək».


O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi».


Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz.


Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun.


Ey göylər, Müqəddəslər, həvarilər və peyğəmbərlər, Onun halını bayram edin! Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi.


Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı».


Mənim könlüm İsrailə hökm edənlərlədir, Xalq içində özünü könüllü təqdim edənlərlədir. Rəbbə alqış edin!


Bizi izlə:

Reklamlar


Reklamlar