Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 5:12 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

12 Oyan, ey Devora, oyan! Oyan, ilahi oxu, oyan! Ayağa qalx, ey Baraq! Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

12 Oyan, ey Devora, oyan! Oyan, ilahi oxu, oyan! Ayağa qalx, ey Baraq! Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

12 Ојан, еј Девора, ојан! Ојан, илаһи оху, ојан! Ајаға галх, еј Бараг! Сән, еј Авиноам оғлу, ҝәл әсирләрини апар!

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 5:12
18 Çarpaz İstinadlar  

Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq. Onda İsrail xalqı Rəbbin torpağında Onları özlərinə qul və kəniz edəcək; Onları əsir aparanları özləri əsir edəcək, Onlara zülm edənlərin üzərində hökm sürəcək.


Vay halına, ey yıxıb-dağıdan, Amma özü yıxılmayan insan! Vay halına, ey xain adam, Hərçənd sənə qarşı xəyanət etməmişlər! Sən məhv edib qurtaran zaman Özün də yıxılacaqsan, Sən xain əməllərindən dönəndə Xəyanətlə rastlaşacaqsan.


Oyan, oyan, qalx ayağa, ey Yerusəlim! Sən ki Rəbbin əlindən Qəzəb kasasını alıb içdin. Sərxoşluq kasasını axıra qədər boşaltdın.


Qalx, qalx, güclən, ey Rəbbin qolu! Qədim zamanlardakı kimi Qalx əvvəlki nəsillərin vaxtında olduğu kimi! Sən Rahavı parça-parça etmədinmi? Sən əjdahanın bədənini deşmədinmi?


Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi!


Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu.


Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.


Bunun üçün belə deyilir: «Ucalara çıxıb əsirləri Özü ilə apardı, İnsanlara hədiyyələr verdi».


bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üzərinə nur saçacaq».


ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.


O zaman sağ qalanlar əyanların yanına endi. Rəbbin xalqı cəngavər tək yanıma endi.


Bizi izlə:

Reklamlar


Reklamlar