Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 4:11 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

11 Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

11 Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

11 Генли Хевер, Мусанын гајны Ховавын нәслиндән олан о бири Генлиләрдән ајрылмышды. О, Гедеш јахынлығында, Саанајимдәки палыд ағаҹынын јанында өэ чадырыны гурмушду.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 4:11
13 Çarpaz İstinadlar  

Midyanlıların kahini olan Musanın qayınatası Yetro Allahın Musa və xalqı İsrail üçün gördüyü bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi.


Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə oldu ki, bu gün tez gəldiniz?»


Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi.


Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib».


Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik».


Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm, Yuvanız qayada qurulub.


Onların sərhədi Xelefdən Saanannimdəki palıd ağacından başlayaraq Adami-Negev və Yavneeli keçib Laqquma çatır, sonu isə İordan çayında bitirdi.


Qedeş, Edrei, En-Xasor,


Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən çıxaraq Aradın cənubunda olan Yəhuda səhrasında xalqın arasında məskunlaşdılar.


Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb.


Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan.


O, Qenlilərə dedi: «Gedib Amaleqlilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz». Qenlilər Amaleqlilərdən ayrıldılar.


Akiş ondan soruşanda ki bu gün hara basqın etdiniz, Davud belə cavab verirdi: «Yəhudanın, Yeraxmeellilərin və Qenlilərin cənub bölgəsinə basqın etdik».


Bizi izlə:

Reklamlar


Reklamlar