Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 20:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Мән дә ҹаријәми ҝөтүрүб парча-парча доғрајараг һәр һиссәсини Исраилин ирс торпагларынын бүтүн бөлҝәләринә ҝөндәрдим, чүнки Исраилдә поэғунчулуг вә алчаглыг едилиб.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 20:6
9 Çarpaz İstinadlar  

Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı.


Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb,


Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”».


Məhv edilməyə həsr olunmuş şeylərə xəyanət edən adam və ona aid olanların hamısı odda yandırılacaq, çünki o, Rəbbin əhdini pozmuşdur və İsraildə rüsvayçılıq etmişdir”».


Onlar könüllərini şad edərkən, budur, şəhər sakinlərindən bir dəstə yaramaz adam evi əhatəyə alıb qapını döydü. Bu adamlar ev sahibi qocaya dedi: «Evinə gələn kişini bayıra çıxar, onunla cinsi əlaqədə olaq».


Ev sahibi bayıra çıxıb onlara dedi: «Yox, soydaşlarım, yalvarıram pislik etməyin. Madam ki bu adam mənim evimə gəlib, bu alçaqlığı etməyin.


O, evinə çatanda bir bıçaq götürüb cariyəsinin cəsədini hissə-hissə on iki parçaya böldü. O doğradığı hissələri bütün İsrail ərazisinə göndərdi.


Orduya azuqə gətirmək üçün İsrailin bütün qəbilələrinin hər yüz nəfərdən onunu, min nəfərindən yüzünü, on min nəfərindən minini götürəcəyik ki, Binyaminin Givea şəhərinə gedib çatanda İsraildə etdikləri alçaq işlərin hamısının əvəzini onlara edə bilsinlər».


Bizi izlə:

Reklamlar


Reklamlar