Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 20:13 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

13 İndi Giveada olan o yaramaz adamları bizə verin, onları öldürək və bununla İsraildən bu pisliyi təmizləyək». Lakin Binyamin övladları soydaşları olan İsrail övladlarının sözünə qulaq asmaq istəmədilər.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

13 İndi Giveada olan o yaramaz adamları bizə verin, onları öldürək və bununla İsraildən bu pisliyi təmizləyək». Lakin Binyamin övladları soydaşları olan İsrail övladlarının sözünə qulaq asmaq istəmədilər.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

13 Инди Ҝивеада олан о јарамаэ адамлары биэә верин, онлары өлдүрәк вә бунунла Исраилдән бу пислији тәмиэләјәк». Лакин Бинјамин өвладлары сојдашлары олан Исраил өвладларынын сөэүнә гулаг асмаг истәмәдиләр.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 20:13
30 Çarpaz İstinadlar  

Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur. Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, hərə öz çadırına!»


Bütün yaramazlar tikanlar kimi atılacaq. Onlara heç kim əl vurmayacaq.


İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər.


Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi.


Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın».


Ancaq Amasya qulaq asmadı. Bu iş onları Yoaşın əlinə təslim etmək üçün Allahdan oldu, çünki Amasya Edomun allahlarına üz tutmuşdu.


Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.


Buna görə də təşvişi ürəyindən qov, Əzabı bədənindən uzaqlaşdır. Çünki cavanlıq da, Cavanlıqdakı güc də puçdur.


«İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi. Orada öz işlərini davam etdirdilər. Şər adamlara qarşı müharibə Onları Giveada yaxalamazmı?


Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu. Allah onların təqsirlərini yada salacaq, Günahları üçün onları cəzalandıracaq.


Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.


Cəmiyyətdən kənardakıları Allah mühakimə edəcək. Siz isə öz aranızdan pis adamı atın.


Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var?


sizin aranızdan yaramaz adamlar çıxıb “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərək şəhərlərində yaşayan xalqı azdırdıqlarını eşitsəniz,


O peyğəmbər yaxud röya görən isə öldürülsün, çünki sizi Misir ölkəsindən çıxaran və köləlik diyarından qurtaran Allahınız Rəbbə qarşı getməyə sövq edirdi. Onlar sizi Allahınız Rəbbin əmr etdiyi yolla getməkdən azdırmaq istəyirdi. Beləliklə, aranızdan pisliyi atın.


Hətta bir anadan doğulan qardaşınız, öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız ya da candan əziz dostunuz sizi gizlicə başdan çıxarmaq üçün sizə və atalarınıza naməlum olan allahlardan,


Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın.


O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın.


onda soydaşına etmək istədiyini onun öz başına gətirin. Beləliklə, aranızdan pisliyi atın.


Onda şəhərin əhalisi onu daşqalaq edib öldürəcək. Beləliklə, aranızdan pisliyi atın. Qoy bütün İsraillilər bu xəbəri eşidib qorxsunlar”.


onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın.


o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın.


Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın.


Onlar könüllərini şad edərkən, budur, şəhər sakinlərindən bir dəstə yaramaz adam evi əhatəyə alıb qapını döydü. Bu adamlar ev sahibi qocaya dedi: «Evinə gələn kişini bayıra çıxar, onunla cinsi əlaqədə olaq».


İsrail qəbilələri Binyamin qəbiləsinin torpaqlarının hər tərəfinə qasidlər göndərib dedi: «Bu nə pislikdir, sizin aranızdan çıxıb?


İsrail övladları ilə döyüşə çıxmaq üçün Binyamin övladları öz şəhərlərindən Giveaya toplandılar.


İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?» Lakin onlar atalarının sözlərinə qulaq asmazdılar, çünki Rəbb onları ölümə məhkum etmişdi.


Davudla birlikdə gedən adamlar arasında olan bütün pis və yaramaz adamlar belə dedilər: «Onlar bizimlə birlikdə getmədikləri üçün biz də qurtardığımız talan malından onlara heç nə verməyəcəyik. Ancaq hər adama öz arvad-uşaqlarını verəcəyik. Qoy onları götürüb buradan getsinlər».


Bizi izlə:

Reklamlar


Reklamlar