Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 18:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Каһин онлара деди: «Саламат ҝедин, ҝетдијиниэ бу јол Рәббә хошдур».

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 18:6
12 Çarpaz İstinadlar  

Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».


O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».


İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək».


Musa oradan getdi və qayınatası Yetronun yanına qayıdıb dedi: «İzin ver qayıdıb Misirdəki xalqımın yanına gedim, görüm onlar sağ-salamatdırlar ya yox?» Yetro Musaya dedi: «Salamat get».


«Bax Mən yalançı yuxular görüb peyğəmbərlik edənlərə qarşıyam» Rəbb belə bəyan edir. «Onlar bu yuxuları danışıb yalanları və boş lovğalıqları ilə xalqımı yoldan azdırır. Onları Mən göndərmədim, onlara heç nə buyurmadım. Bu xalqa heç bir faydaları yoxdur» Rəbb belə bəyan edir.


Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır.


Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın.


Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək».


Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi.


Eli cavab verib dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın!»


Bizi izlə:

Reklamlar


Reklamlar