Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 18:28 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

28 Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

28 Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

28 Онлары гуртаран олмады, чүнки Лајиш Сидондан уэагда иди. Бу халгын башга һеч кәслә әлагәси јох иди. Бу шәһәр Бет-Реховун јанында олан бир вадидә јерләшир. Данлылар бу шәһәри бәрпа едиб орада јашадылар.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 18:28
14 Çarpaz İstinadlar  

Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular.


Kənizinin iki oğlu var idi. Bir gün onların ikisi də çöldə bir-biri ilə dalaşdı. Orada onları ayıran heç kim yox idi və biri o birini vurub öldürdü.


Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar.


Onda Rəbb dedi: «Ey zorlanmış bakirə Sidon qızı, Sən bir daha sevinməyəcəksən! Qalx, Kittimə yollan, Amma orada da canına rahatlıq tapmayacaqsan».


Utan, ey Sidon, dəniz sahilində yerləşən qala! Çünki dəniz belə deyir: «Mən heç doğuş ağrısı çəkmədim, doğmadım, Nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm».


Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər.


Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar.


Evrona, Rexova, Xammona, Qanaya, böyük Sidona qədər çatırdı.


O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi.


Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi.


Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi.


Bizi izlə:

Reklamlar


Reklamlar