Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 16:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?»

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Delila Şimşona dedi: «Rica edirəm, səndəki bu böyük qüvvənin haradan olduğunu mənə söylə. Səni necə ram etmək və bağlamaq olar?»

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Делила Шимшона деди: «Риҹа едирәм, сәндәки бу бөјүк гүввәнин һарадан олдуғуну мәнә сөјлә. Сәни неҹә рам етмәк вә бағламаг олар?»

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 16:6
12 Çarpaz İstinadlar  

Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim.


Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar.


Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər, Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.


Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.


Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.


Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur.


Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın.


Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi.


Filiştlilərin ağaları o qadının yanına gəlib dedilər: «Şimşonu dilə tutub öyrən, gör onda bu qədər güc haradandır? Onu özümüzə tabe etmək üçün necə gücdən salıb bağlaya bilərik? Bundan ötrü hər birimiz sənə min yüz şekel gümüş verərik».


Şimşon ona dedi: «Əgər məni yeddi kaman yayı düzəldilən qurumamış, təzə iplə bağlasalar, o zaman gücdən düşüb adi adam kimi oluram».


Bizi izlə:

Reklamlar


Reklamlar