Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 16:20 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

20 Delila yenə dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon yuxudan oyanıb düşündü: «Başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən sıçrayıb çıxaram». Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

20 Delila yenə dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon yuxudan oyanıb düşündü: «Başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən sıçrayıb çıxaram». Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

20 Делила јенә деди: «Филиштлиләр сәнин үстүнә ҝәлдиләр, еј Шимшон!» Шимшон јухудан ојаныб дүшүндү: «Башга вахтларда олдуғу кими бу дәфә дә онларын әлиндән сычрајыб чыхарам». Лакин билмирди ки, Рәбб ондан ајрылыб.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 16:20
21 Çarpaz İstinadlar  

O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.


Yaqub nəslini, İsraili soyğunçular əlinə Kim qarət edilmək üçün təslim etdi? Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi? Onlar Onun yolları ilə getmək istəmədi, Qanununa qulaq asmadı.


Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir.


Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin. Ölkənin xalqından qorxmayın, onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!»


Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər».


İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz».


Özümüzdən yaranan qabiliyyətimiz yoxdur və bunu iddia da edə bilmərik. Bizə qabiliyyət verən Allahdır.


Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi?


Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam.


Sonra Delila onun saçının yeddi hörüyünü payaya bərkitdi və onu səslədi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» O yuxudan oyandı və toxucu dəzgahının payasını parça ilə qopardı.


Delila dizləri üstündə Şimşonu yuxuya verdi. Sonra adam çağırıb onun saçının yeddi hörüyünü qırxdırdı və bununla onu gücdən saldı. Şimşonun gücü get-gedə yox oldu.


Filiştlilər onu yaxalayıb gözlərini çıxartdılar. Onu Qəzzəyə endirib tunc zəncirlərlə bağladılar. O, zindanda dəyirman daşı çəkirdi.


Şimşon gecəyarısına qədər yatdı, sonra ayağa qalxdı. O gəlib şəhər darvazasının hər iki dirəyindən tutaraq cəftə qarışıq darvazanı çiyninə qoydu və Xevronun qarşısındakı dağın təpəsinə çıxartdı.


İç otaqda qadının pusquda duran adamları var idi. Qadın Şimşona dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon isə qollarındakı ipləri oda toxunub qırılan kətan lifi kimi qırdı və gücünün sirri bilinmədi.


Rəbbin Ruhu Şauldan ayrılandan sonra Rəbbin izni ilə şər bir ruh ona əzab verirdi.


Ertəsi gün Allahın izni ilə şər ruh Şaulun üstünə qüvvə ilə gəldi və o, evinin ortasında sayıqlamağa başladı. Davud isə hər gün etdiyi kimi yenə də əlində lira çalırdı. Şaulun nizəsi əlində olardı.


Şaul Davuddan qorxdu, çünki Rəbb Davudla idi və Şauldan ayrılmışdı.


Bizi izlə:

Reklamlar


Reklamlar