Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 14:19 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

19 Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

19 Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

19 Бундан сонра Рәббин Руһу гүввә илә онун үстүнә енди. Шимшон Ашгелона ҝедиб орадакылардан отуэ нәфәри өлдүрәрәк онларын малларыны талан едиб тапмаҹанын ачмасыны дејәнләрә бајрам либасы верди. Сонра о, аловлу гәэәблә атасынын евинә галхды.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 14:19
9 Çarpaz İstinadlar  

Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar.


Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı.


Şəhərin adamları yeddinci gün günəş batmazdan əvvəl Şimşona dedilər: «Baldan şirini varmı? Aslandan güclüsü varmı?» Şimşon onlara dedi: «Əgər mənim düyəmlə kotan sürməsəydiniz, tapmacamı tapa bilməzdiniz».


Rəbbin Ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Onun əli boş idi, amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına isə heç nə bildirmədi.


Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü.


Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu.


Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı.


Filiştlilərin təqsir təqdimi olaraq Rəbbə gətirdikləri qızıl şişlərin hər biri Aşdod, Qəzzə, Aşqelon, Qat, Eqron üçün olub bu şəhərlərin sayına görə idi.


Filiştlilər soruşdular: «Ona göndərəcəyimiz təqsir təqdimi nə olmalıdır?» Kahinlər və baxıcılar belə cavab verdi: «Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəti ilə beş qızıl siçovul surəti düzəldib göndərin. Çünki bu bəla həm sizin, həm də ağalarınızın üstündədir.


Bizi izlə:

Reklamlar


Reklamlar