Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 13:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Рәббин мәләји бу гадына ҝөрүнүб деди: «Бах инди сән сонсуэсан, доғмурсан, амма һамилә олуб бир оғлан доғаҹагсан.

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 13:3
16 Çarpaz İstinadlar  

Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq».


Onlardan biri dedi: «Gələn il bu vaxt yenə də sənin yanına gələcəyəm. Onda arvadın Saranın bir oğlu olacaq». Sara onun arxasında, çadırın girəcəyində durub qulaq asırdı.


Rəbb üçün çətin bir şey varmı? Gələn il bu vaxt Mən yenə sənin yanında olacağam və Saranın bir oğlu olacaq».


Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!»


Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü.


Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.


Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü».


Manoah Rəbbin mələyinə dedi: «Rica edirəm, bir ayaq saxla, sənin üçün bir oğlaq kəsib yemək hazırlayaq».


Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi.


Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin».


Rəbbin mələyi Qilqaldan Bokimə çıxdı və dedi: «Sizi Mən Misirdən çıxararaq atalarınıza vəd etdiyim torpağa gətirib dedim ki, sizinlə olan əhdimi heç vaxt pozmayacağam.


Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?»


Vaxt keçdi, Xanna hamilə olub bir oğul doğdu. «Onu Rəbdən dilədim» deyərək adını Şamuel qoydu.


Bizi izlə:

Reklamlar


Reklamlar