Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HAKİMLƏR 11:27 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

27 Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin».

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

27 Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin».

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

27 Мән сәнә гаршы ҝүнаһ етмәдим. Лакин сән мәнә гаршы дөјүшмәклә мәнә пислик едирсән. Гој һаким олан Рәбб бу ҝүн Исраил өвладлары илә Аммон өвладлары арасында һөкм етсин».

Fəsildə baxın Kopyalayın




HAKİMLƏR 11:27
27 Çarpaz İstinadlar  

Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin».


Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz».


Qoy İbrahimin, Naxorun və onların atalarının Allahı aramızda hökm etsin!» Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi.


Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».


Hüzurunda bir haqlı insan mübahisə etsəydi, Mən hakimimin yanında haqq qazanardım.


Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.


Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək.


Çünki Allah hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək.


Niyə? Sizi sevmədiyimə görəmi? Allah bilir ki, sevirəm.


Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.


İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.


göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına,


Lakin Ammon padşahı İftahın ona göndərdiyi sözlərə qulaq asmadı.


Rəbbə qarşı duranlar parça-parça olacaq, Haqq-Taala onların üzərində göyləri gurladacaq. Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir, Öz padşahına qüvvət verəcək, Məsh etdiyinə böyük güc verəcək!»


Səninlə mənim aramda qoy Rəbb hakim olsun! Qoy Rəbb səndən mənim qisasımı alsın. Mən sənə əl qaldırmaram.


Qədim zamanlardan belə bir məsəl var: “Pislik pislərdən çıxar”. Bu məsəldə deyildiyi kimi sənə əl qaldırmayacağam.


Qoy Rəbb səninlə mənim aramda hakim olub hökm versin və baxıb bu çəkişməni görsün, məni sənin əlindən qurtarsın».


Davud bu sözləri Şaula söyləyib qurtarandan sonra Şaul «Oğlum Davud, bu sənin səsindirmi?» dedi və bərkdən ağladı.


Bizi izlə:

Reklamlar


Reklamlar