Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HABAQQUQ 2:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Бах, бу адам мәғрурдур, көксүндәки үрәји дүэ дејил, Амма салеһ адам иманы илә јашајаҹаг.

Fəsildə baxın Kopyalayın




HABAQQUQ 2:4
17 Çarpaz İstinadlar  

Rəbb deyir: «Pisliyə görə dünyanı, Günahlarına görə pis adamları cəzalandıracağam. Təkəbbürlülərin qürurunu qıracağam, Zalımların məğrurluğunu alçaldacağam.


Mənim qaydalarıma görə rəftar edirsə, Hökmlərimə sədaqətlə əməl edirsə, Bu adam salehdir və Əlbəttə, yaşayacaq” Xudavənd Rəbb belə bəyan edir.


Qoşun məğlub olanda cənub padşahı ürəyi qürrələnərək on minlərlə adamı həlak edəcək, ancaq qələbəsi uzun sürməyəcək.


«Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?»


İndi isə mən Navuxodonosor göylərin Padşahına həmd edirəm və Onu mədh edib izzətləndirirəm, çünki Onun bütün işləri həqiqət, əməlləri ədalətlidir və qürurla gəzənləri alçaltmağa qüdrəti var».


Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».


Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.


Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanl yaşayacaq».


Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.


O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.


Amma saleh adamım imanla yaşayacaq. Əgər geri çəkilsə, ondan razı qalmayacağam».


Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».


Bizi izlə:

Reklamlar


Reklamlar