Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HABAQQUQ 2:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Sən çox xalqları qırmaqla Öz evini rüsvay etdin, Öz həyatına günah gətirdin!

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Sən çox xalqları qırmaqla Öz evini rüsvay etdin, Öz həyatına günah gətirdin!

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Сән чох халглары гырмагла Өэ евини рүсвај етдин, Өэ һәјатына ҝүнаһ ҝәтирдин!

Fəsildə baxın Kopyalayın




HABAQQUQ 2:10
16 Çarpaz İstinadlar  

Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin.


Məktub onlara çatanda onlar yetmiş nəfər şahzadəni tutub öldürdülər və başlarını səbətlərə qoyub İzreelə, Yehuya göndərdilər.


“Navotun və onun oğullarının qanı dünən Mənim gözümün qabağına gəldi” bəyan edir Rəbb. “Səndən bu tarlada qisas alacağam” bəyan edir Rəbb. İndi Rəbbin sözünə görə onu götürüb tarlaya at».


Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür.


Padşahın vahiməsi aslan nərəsinə bənzər, Onu əsəbləşdirən canını itirər.


Məni əldən verən canına qəsd edər, Mənə nifrət edənlərin hamısı ölümü sevər».


Samana hamilə qalıb küləş doğacaqsınız, Nəfəsiniz sizi məhv edən alova dönəcək.


Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».


Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik».


Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”».


İndi İsrailin Allahı – Ordular Allahı Rəbb belə deyir: “Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yəhuda içində qırıb-çatacağam ki, sizdən heç kəs sağ qalmasın.


Ey Nineva, Rəbb sənin haqqında Belə əmr verib: «Artıq övladların olmayacaq, adını daşımayacaq, Allahlarının məbədindən Oyma bütləri, tökmə bütləri məhv edəcəyəm. Qəbir qazacağam sənə, çünki alçaqsan!


Hörmət əvəzinə xəcalətlə doyacaqsan, Sən də iç, çılpaqlığını göstər; Rəbbin sağ əlindəki cam Sənin üzərində fırlanacaq. Rüsvayçılıq hörmətin üzərinə gələcək.


Öz həyatı bahasına günah edən bu adamların buxurdanlarından qurbangah üçün örtük olaraq lövhələr düzəltsinlər. Çünki buxurdanlar Rəbbə təqdim edildiyi üçün müqəddəsdir. Qoy bu, İsrail övladlarına əlamət olsun.


Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!»


Bizi izlə:

Reklamlar


Reklamlar