Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




HABAQQUQ 1:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Атлары бәбирдән чевик, Өэләри исә аҹ гурддан даһа аэғындыр, Сүвариләри јери дешәрәк уэагдан ҝәлир, Шикарыны јемәјә ҹуман гартал кими шығыјыр.

Fəsildə baxın Kopyalayın




HABAQQUQ 1:8
17 Çarpaz İstinadlar  

Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər.


Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək, Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək, Edom və Moav torpaqlarını zəbt edəcək, Ammonlular onlara tabe olacaq.


Budur, düşmən buludlar kimi gəlir, Onun döyüş arabaları qasırğa kimi yüksəlir, Atları qartallardan iti gedir. Vay halımıza! Çünki bərbad olduq.


Rəbb belə deyir: «Bax düşmən qartal kimi uçub Moav üzərində qanadlarını gərəcək.


Buna görə də meşədən bir aslan çıxıb Onları öldürəcək, Səhradan qurd gəlib onları parçalayacaq, Şəhər kənarında bəbir pusqu quracaq, Şəhərdən çıxan hər adam parçalanacaq. Çünki çox üsyan etdilər, Dəfələrlə dönük oldular.


Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı!


Bizi təqib edənlər Göylərdəki qartallardan sürətlidirlər, Dağlarda ardımızca düşdülər, Pusqu qurub səhrada gözlədilər.


«İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?” Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını götürüb Babilə, öz yanına apardı.


söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun, üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ götürdü.


O öz atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, xalqını qılıncla öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq.


Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı.


Nineva padşahı seçmə əsgərlərini toplayır, Amma onlar yolda büdrəyir. Düşmən orduları şəhər divarına tərəf qaçır, Qalxanlarını qaldırıb sipər qurur.


Başçıları nərildəyən aslanlara bənzəyir, Hakimləri axşam gəzən ac qurdlar kimi Səhərə qədər bir şey qoymaz.


Leş haradadırsa, kərkəslər də orada toplaşar.


Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».


Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq.


Bizi izlə:

Reklamlar


Reklamlar