Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




EZRA 9:9 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

9 Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

9 Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

9 Ахы биэ көләјик, лакин Аллаһымыэ биэи көләликдә гојмады. Биэи Аллаһымыэын мәбәдини бәрпа етмәк, онун харабалыгларыны абад етмәк үчүн Јәһуда илә Јерусәлимдә өэүмүэә дивар чәкмәјә руһландырды. Она ҝөрә дә Фарс падшаһларынын ҝөэүндә биэә гаршы лүтф јаратды.

Fəsildə baxın Kopyalayın




EZRA 9:9
25 Çarpaz İstinadlar  

Rəbbin Yerusəlimdəki məbədinə gələn zaman bəzi nəsil başçıları Allahın evini öz yerində tikmək üçün könüllü ianələr verdilər.


Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi.


Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi.


Ey Allahımız, daha nə deyə bilərik? Çünki Sənin əmrlərini tərk etmişdik.


Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq».


İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin.


Rəbb səni ağrıdan, sıxıntıdan, Gördüyün ağır işdən qurtaranda


O, torpağı belləyib daşlardan təmizlədi, Seçmə meynələr əkdi, Ortada gözətçi qülləsi tikdi, Üzümsıxan düzəltdi, Üzümlüyün barını gözlədi, Amma bağ cır üzüm gətirdi.


İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim: Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar, Hasarını yıxacağam və onlar tapdalanacaq.


Onlar qədim dağıntıları inşa edəcək, Əvvəlki xarabalıqları bərpa edəcək, Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.


Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs məkan oldum”.


Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq.


Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz.


“Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm, Onun içində izzət olacağam” bəyan edir Rəbb».


Bizi izlə:

Reklamlar


Reklamlar