Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




EZRA 9:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Сүрҝүндән гајыданларын бу хәјанәтинә ҝөрә Исраил Аллаһынын сөэләриндән ләрэәјә ҝәләнләрин һамысы јаныма јығылды. Мән ахшам гурбаны тәгдим едиләнә гәдәр чашгын-чашгын отурдум.

Fəsildə baxın Kopyalayın




EZRA 9:4
13 Çarpaz İstinadlar  

Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü aşağı tutdun. Bəli, Mənim önümdə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir.


Ağamızın və Allahımızın əmri üzərində əsənlərin məsləhətinə görə bütün belə arvadları və onlardan doğulanları ataq. Gəlin bunun üçün indi Allahımızla əhd bağlayaq. Qoy bu Qanuna görə edilsin.


Yəhudanın və Binyaminin bütün adamları üç gün ərzində Yerusəlimə yığıldı. Bu doqquzuncu ayın iyirmisində oldu. Bütün xalq bu hadisədən, həm də yağışdan ötrü əsə-əsə Allah evinin qarşısında, meydanda oturdu.


Toğlunun birini səhər, digərini isə axşam təqdim et.


Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir.


Çünki bütün bunları Mənim əlim yaratdı, Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir. «Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, Sözümün önündə titrəyənə nəzər salaram.


Ey Rəbbin sözü önündə titrəyənlər, Onun dediklərini eşidin: «Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız “Qoy Rəbb izzətini göstərsin, Biz də görək, necə sevinərsiniz” deyirdilər. Amma onlar rüsvay olacaq.


ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy».


O günlər mən Daniel üç həftə yas tutdum.


hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi.


Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi.


Bir gün Peterlə Yəhya doqquzuncu saatda, dua vaxtı məbədə gedirdilər.


Bizi izlə:

Reklamlar


Reklamlar