Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




EZRA 9:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Ey Allahımız, daha nə deyə bilərik? Çünki Sənin əmrlərini tərk etmişdik.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Ey Allahımız, daha nə deyə bilərik? Çünki Sənin əmrlərini tərk etmişdik.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Еј Аллаһымыэ, даһа нә дејә биләрик? Чүнки Сәнин әмрләрини тәрк етмишдик.

Fəsildə baxın Kopyalayın




EZRA 9:10
10 Çarpaz İstinadlar  

Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq».


Sən əmrlərini qulların peyğəmbərlər vasitəsilə verib dedin: “Mülk olaraq almaq üçün getdiyiniz ölkə öz əhalisinin pozğunluğu ilə, oranı başdan-başa dolduran iyrənc adətləri və murdarlıqları ilə çirkaba batan ölkədir.


Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı.


Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin.


Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar.


Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.


Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.


Ah, ey Xudavənd, İsraillilər düşmənin qarşısından qaçandan sonra mən nə deyə bilərəm?


Bizi izlə:

Reklamlar


Reklamlar