Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




EZRA 10:6 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

6 Ezra Allah evinin qarşısından ayrılıb Elyaşivin oğlu Yehoxananın otağına girdi. Gecəni orada keçirib nə çörək yedi, nə də su içdi, çünki sürgündən qayıdanların bu xəyanətinə görə yas tuturdu.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

6 Ezra Allah evinin qarşısından ayrılıb Elyaşivin oğlu Yehoxananın otağına girdi. Gecəni orada keçirib nə çörək yedi, nə də su içdi, çünki sürgündən qayıdanların bu xəyanətinə görə yas tuturdu.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

6 Еэра Аллаһ евинин гаршысындан ајрылыб Елјашивин оғлу Јеһохананын отағына ҝирди. Ҝеҹәни орада кечириб нә чөрәк једи, нә дә су ичди, чүнки сүрҝүндән гајыданларын бу хәјанәтинә ҝөрә јас тутурду.

Fəsildə baxın Kopyalayın




EZRA 10:6
16 Çarpaz İstinadlar  

Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı.


Yəhudada və Yerusəlimdə sürgündən qayıdanların hamısına elan etdilər ki, Yerusəlimə yığılsınlar.


Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum.


Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi.


Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi.


Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.


ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı.


Baş kahin Elyaşiv ilə qardaşları qalxıb Qoyun darvazasını tikdilər. Sonra onu təqdis edib qapı taylarını yerinə qoydular. Onlar Yüz qülləsindən Xananel qülləsinə qədər olan divarı təqdis etdilər.


Onun yanında Zabbay oğlu Baruk divarın küncündən baş kahin Elyaşivin evinin qapısına qədər olan başqa bir sahəni səylə bərpa etdi.


Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.


Beləliklə, Musa Rəblə qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində Musa heç nə yemədi, heç nə içmədi. O, lövhələrin üstündə əhdin sözlərini, On əmri yazdı.


O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.


Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım.


Yenə Rəbbin hüzurunda heç nə yeyib-içmədən qırx gün-qırx gecə yerə sərilib qaldım, çünki günah etmişdiniz və Rəbbin gözündə pis sayılan işlər görərək Onu qəzəbləndirmişdiniz.


Bizi izlə:

Reklamlar


Reklamlar