Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 9:4 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

4 Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

4 Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

4 Мордокај падшаһ сарајында јүксәк рүтбә саһиби олмуш, шөһрәти бүтүн вилајәтләрә јајылмышды. Артыг бир шәхсијјәт кими Мордокај ҝет-ҝедә јүксәлирди.

Fəsildə baxın Kopyalayın




ESTER 9:4
14 Çarpaz İstinadlar  

Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüvvətlənir, Şaul nəsli isə zəifləyirdi.


Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.


Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı.


Padşahın bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi yüksək rütbə haqqındakı qərar Midiya və Fars padşahlarının salnamələr kitabında yazılmışdır.


Rəbb Öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi.


Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.


Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.


Budur, vaxt gəlir, Mən sizə zülm edənlərin hamısını cəzalandıracağam, Şikəstləri qurtaracağam, sürgünləri yığacağam, Bütün dünyada çəkdikləri xəcaləti Şan-şöhrətə çevirəcəyəm.


Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi.


Rəbb Yeşua ilə idi və onun şöhrəti bütün ölkəyə yayıldı.


Ona görə də İsrailin Allahı Rəbb belə deyir: “Həqiqətən, ailən və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi belə deyirəm: “Yox, Mən belə etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək!


Bizi izlə:

Reklamlar


Reklamlar