Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 9:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Бүтүн вилајәт рәисләри, ҹанишинләр, валиләр вә падшаһын мәмурлары Јәһудиләрә көмәк етди. Чүнки Мордокаја ҝөрә онларын ҹанына горху дүшмүшдү.

Fəsildə baxın Kopyalayın




ESTER 9:3
9 Çarpaz İstinadlar  

Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı:


Sonra onlar padşahın əmrlərini padşahın canişinlərinə və Fərat çayının qərb tərəfindəki valilərinə verdilər. Onlar da xalqa və Allahın evinə kömək etdilər.


Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi.


Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdısa, orada Yəhudilər üçün sevinc, fərəh, ziyafət və şənlik günü olurdu. Ölkənin xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldu.


Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın.


Elə o zaman üçüncü ay olan Sivan ayının iyirmi üçündə padşahın mirzələri çağırıldı. Mordokayın Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayətdəki Yəhudilərə, canişinlərə, valilərə, rəislərə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, habelə Yəhudilərə də öz yazı və dillərində göndərildi.


Sonra padşah Navuxodonosor canişinləri, əmirləri, valiləri, müşavirləri, xəzinədarları, hakimləri, vəkilləri, xülasə, bütün vilayətlərin məmurlarını toplamaq üçün xəbər göndərdi ki, qoyduğu heykəlin həsretmə mərasiminə gəlsinlər.


Bizi izlə:

Reklamlar


Reklamlar