Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 8:5 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

5 Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

5 Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

5 Даһа сонра белә деди: «Әҝәр падшаһын хошуна ҝәләрсә, онун өнүндә лүтф тапмышамса, бу иш падшаһын ҝөэүндә доғру ҝөрүнәрсә вә о мәни бәјәнмишсә, Агаглы Һаммедата оғлу Һаманын гәсд-гәрәэлә падшаһын вилајәтләриндә јашајан Јәһудиләри гырмаг үчүн јаэдығы мәктублары ләғв едән бир фәрман јаэсын.

Fəsildə baxın Kopyalayın




ESTER 8:5
9 Çarpaz İstinadlar  

Padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı. Padşah Esterin başına mələkəlik tacını qoyaraq Vaştinin yerinə mələkə etdi.


Padşahın xoşuna gələn qız Vaştinin yerinə mələkə olsun». Bu fikir padşahın gözündə xoş göründü və ona əməl etdi.


Bir müddət keçəndən sonra padşah Axaşveroş Aqaqlı Hammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi.


Əgər padşahın gözündə lütf tapdımsa və mənim arzu-istəyimi yerinə yetirmək padşaha xoş görünürsə, padşahla Haman onlar üçün quracağım yeni ziyafətə gəlsin. Mən də sabah padşahın sualına cavab verərəm».


Ester padşaha cavab verdi: «Əgər padşahın gözündə lütf tapmışamsa, əgər padşahın xoşuna gəlirəmsə, istəyim budur ki, mənə həyat bəxş etsin, arzum budur ki, xalqıma qıymasın.


Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, Öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat Sənin xalqındır».


Xalqımın mənimlə birlikdə Sənin gözündə lütf tapması indi nə ilə bilinəcək? Sənin bizimlə getməyindən deyilmi? Biz yer üzündə olan digər xalqlardan nə ilə fərqlənək?»


Mənə dedi: “Rica edirəm, izin ver gedim, çünki şəhərdə ailəmizin qurbanı var. Orada olmağımı böyük qardaşım mənə əmr etmişdi. Əgər indi gözündə lütf tapmışamsa, rica edirəm, məni burax, gedim qardaşlarımla görüşüm”. Buna görə də padşahın süfrəsinə gələ bilməyib».


Bizi izlə:

Reklamlar


Reklamlar