Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 8:3 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

3 Bundan sonra Ester yenə də padşaha müraciət etdi. Onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, Aqaqlı Hamanın Yəhudilərə qarşı qərəzlə qurduğu qəsdi qüvvədən salsın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

3 Bundan sonra Ester yenə də padşaha müraciət etdi. Onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, Aqaqlı Hamanın Yəhudilərə qarşı qərəzlə qurduğu qəsdi qüvvədən salsın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

3 Бундан сонра Естер јенә дә падшаһа мүраҹиәт етди. Онун ајагларына дүшүб ағлаја-ағлаја јалварды ки, Агаглы Һаманын Јәһудиләрә гаршы гәрәэлә гурдуғу гәсди гүввәдән салсын.

Fəsildə baxın Kopyalayın




ESTER 8:3
10 Çarpaz İstinadlar  

Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi».


Bir müddət keçəndən sonra padşah Axaşveroş Aqaqlı Hammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi.


Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək, məhv edilmək üçün satılmışıq. Əgər bizi qul-qarabaş kimi satsaydılar, susardım, çünki padşahı belə bir dərdlə narahat etməyə dəyməz».


Padşah Hamandan geri aldığı üzüyü çıxarıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu.


Padşah qızıl əsasını Esterə uzatdı. Ester ayağa qalxıb padşahın hüzurunda durdu.


Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:


Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı.


Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.


Sonra onun ayaqlarına düşüb dedi: «Ey ağam, bu günahı mənim üzərimə qoy. İzin ver ki, kənizin səninlə danışsın. Nə olar, kənizinin sözlərinə qulaq as.


Bizi izlə:

Reklamlar


Reklamlar