Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 8:14 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

14 Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

14 Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

14 Гасидләр падшаһа хидмәт едән чапар атлара миндирилди вә падшаһын әмри илә тәләсдириләрәк теэ јола салынды. Фәрман Шушан галасында дәст-хәтлә јаэылды.

Fəsildə baxın Kopyalayın




ESTER 8:14
13 Çarpaz İstinadlar  

Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.


Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.


Xakalya oğlu Nehemyanın sözləri: Mən iyirminci ildə Kislev ayında Şuşan qalasında olarkən


O dövrdə padşah Axaşveroş Şuşan qalasında taxtında oturmuşdu.


Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun.


On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi.


Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəst-xətlə yazılmalı və o günə hazır olmaları üçün bütün xalqlara bildirilməli idi.


Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.


Bu fərmanın surəti hər vilayətdə dəst-xətlə yazılmalı və bütün xalqlara elan olunmalı idi ki, Yəhudilər həmin gün öz düşmənlərindən qisas almağa hazır olsun.


Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı.


Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.


Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım.


Davud Aximelekə dedi: «Burada yanınızda bir nizə yaxud bir qılınc varmı? Çünki padşah mənə təcili iş buyurduğu üçün nə qılıncımı, nə də silahlarımı götürə bildim».


Bizi izlə:

Reklamlar


Reklamlar