Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 8:10 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

10 Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

10 Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

10 Мордокај падшаһ Ахашверошун ады илә онун әмрини мәктублара јаэыб падшаһын мөһүрлү үэүјү илә мөһүрләди. Падшаһ үчүн бәсләнән хүсуси чапар атлара минән гасидләрин әли илә бу мәктублары ҝөндәрди.

Fəsildə baxın Kopyalayın




ESTER 8:10
13 Çarpaz İstinadlar  

O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi.


Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.


Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.


Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin».


Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar.


Padşahın sözündə səlahiyyət var. Kim ona “Nə edirsən?” deyə bilər?


Dəvə sürüləri, Midyan və Efa köşəkləri Torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib Qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək.


İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək.


“Axı necə deyə bilərsən ki, murdar olmadım, Baal bütlərinin ardınca getmədim? Dərədə necə rəftar etdiyinə bax, nə etdiyini gör. Sən qızışan, ora-bura qaçan dişi dəvə kimi,


Səninlə atları və süvariləri qırıram, Səninlə döyüş arabaları və minicilərini qırıram,


Padşah Navuxodonosor bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub adamlara müraciət etdi: «Sülhünüz bol olsun!


Ey padşah, indi bu qadağan əmrini ver, Midiya və Fars qanunlarına əsasən dəyişilməz və heç vaxt pozulmayan bir fərmanı imzala».


Bizi izlə:

Reklamlar


Reklamlar