Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 8:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Елә һәмин ҝүн падшаһ Ахашверош Јәһудиләрин дүшмәни олан Һаманын евини мәләкә Естерә верди. Естер Мордокајын ким олдуғуну падшаһа мәлум едәндән сонра о, падшаһын һүэуруна ҝәлди.

Fəsildə baxın Kopyalayın




ESTER 8:1
12 Çarpaz İstinadlar  

Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi.


Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.


Mordokayın əmisi qızı Hadassanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli, qəşəng surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü.


Ester dedi: «Bizə nifrət edən düşmənimiz bu bədxah Hamandır!» Padşahın və mələkənin önündə Hamanı dəhşət bürüdü.


Padşah Axaşveroş mələkə Esterə və Yəhudi Mordokaya dedi: «Budur, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından asdırmışam, çünki Yəhudilərin qəsdinə əl uzadıb.


Yaxşı insan nəvələrinə də irs qoyar, Günahkarın yığdığı sərvət salehə qalar.


Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar, Onun varı axırda kasıblara səxavət göstərənə qalar.


Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?”


Bizi izlə:

Reklamlar


Reklamlar