Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 7:7 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

7 Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə mələkə Esterdən canı üçün əfv diləməkdən ötrü içəridə qaldı, çünki gördü ki, padşah onun aqibətinə qərar verir.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

7 Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə mələkə Esterdən canı üçün əfv diləməkdən ötrü içəridə qaldı, çünki gördü ki, padşah onun aqibətinə qərar verir.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

7 Падшаһ гәэәблә шәраб сүфрәсиндән галхды вә сарајын бағчасына чыхды. Һаман исә мәләкә Естердән ҹаны үчүн әфв диләмәкдән өтрү ичәридә галды, чүнки ҝөрдү ки, падшаһ онун агибәтинә гәрар верир.

Fəsildə baxın Kopyalayın




ESTER 7:7
14 Çarpaz İstinadlar  

Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı.


Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi.


Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu.


Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər.


Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar.


Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar.


Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.


Sənə zülm edənlərin övladları Gəlib önündə təzim edəcək. Sənə həqarətlə baxanların hamısı Ayaqlarına düşüb səcdə edəcək. Sənə Rəbbin şəhəri, İsrailin Müqəddəsinin Sionu deyəcəklər.


O zaman Navuxodonosor bərk qəzəbləndi və Şadraka, Meşaka, Aved-Neqoya qarşı siması dəyişdi. O əmr etdi ki, sobanı adətən qızdırdıqlarından yeddi dəfə artıq qızdırsınlar.


İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər.


Əgər “lap yaxşı” deyərsə, deməli sənin qulun salamatdır, yox, əgər qəzəblənərsə, onda o mənə pislik etmək niyyətindədir.


Yonatan dedi: «Əsla, bu sənin başına gəlməz! Atamın sənə pislik etmək niyyətində olduğunu bilsəydim, sənə xəbər verməzdimmi?»


İndi isə budur, bax nə edəcəyini düşün, çünki ağamıza, onun bütün külfətinə qarşı pis qərar verilmişdir. Çünki Naval elə yaramaz insandır ki, ona kimsə söz deyə bilmir».


Bizi izlə:

Reklamlar


Reklamlar