Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 5:1 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

1 Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

1 Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

1 Үчүнҹү ҝүн Естер мәләкә либасыны ҝејинди вә сарајынын ичәри һәјәтиндә падшаһын отағы илә үэбәүэ дајанды. Падшаһ отағында үэү гапыја тәрәф тахтында отурмушду.

Fəsildə baxın Kopyalayın




ESTER 5:1
14 Çarpaz İstinadlar  

«Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi.


Şuşan qalasında Mordokay adlı bir Yəhudi var idi. O, Binyamin qəbiləsindən olub Qiş oğlu Şimey oğlu Yairin oğlu idi.


«Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur».


«Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».


Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi.


Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın.


Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı.


Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun.


Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır.


Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar».


belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.


Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam.


Bizi izlə:

Reklamlar


Reklamlar