Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 4:8 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

8 Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

8 Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

8 Сонра Јәһуди гырғыны үчүн Шушанда дәст-хәтлә јаэылан фәрманын сурәтләриндән бирини верди ки, буну ҝөстәрәрәк Естерә иэаһ етсин, һәм дә она падшаһын јанына ҝедиб өэ халгы үчүн јалварараг мәрһәмәт истәмәсини тапшырсын.

Fəsildə baxın Kopyalayın




ESTER 4:8
14 Çarpaz İstinadlar  

Ester isə Mordokayın əmr etdiyi kimi öz nəslini və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi onun əmrlərinə əməl edirdi.


Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı.


Axı xalqımın başına gələn bu müsibətə necə dözüm? Görəndə ki qohumlarım qırılır, necə dözüm?»


Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.


Padşahın ürəyi Rəbbin əlindədir, Onu su arxı kimi istədiyi səmtə döndərər.


Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər.


Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi.


Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki,


Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.


Bizi izlə:

Reklamlar


Reklamlar