Biblia Todo Logo
Onlayn İncil

- Reklamlar -




ESTER 3:15 - ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)

15 Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.

Fəsildə baxın Kopyalayın

Azərbaycan Bibliyası 2008

15 Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.

Fəsildə baxın Kopyalayın

МУГӘДДӘС КИТАБ

15 Гасидләр падшаһын әмри илә ҹәлд јола дүшдү. Фәрман Шушан галасында тәртиб олунду. Падшаһла Һаман әјләшиб шәраб ичәркән Шушан шәһәри чашбаш галмышды.

Fəsildə baxın Kopyalayın




ESTER 3:15
14 Çarpaz İstinadlar  

Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar.


Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizəçi rəislərin əlinə verdi.


Yeddinci gün padşah Axaş veroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi:


«Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».


Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı.


Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər.


Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər.


Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.


Çünki şər adamlar pislik etməsələr, Yata bilməzlər. Kimisə yıxmasalar, yuxuları qaçar.


Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi.


Piyalə-piyalə şərab içənlər, Bədənlərinə əla yağlar sürtənlər, Lakin Yusif nəslinin qırğınına görə Narahat olmayanlar!


Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək.


Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi.


Bizi izlə:

Reklamlar


Reklamlar